Xidmət Şərtləri

Yenilənib 06/06/2024

Xidmət Şərtləri

Platformiuma xoş gəlmişsiniz! Xidmətlərimizdən istifadə edərək, aşağıdakı şərtlər və tələblərlə razılaşdığınızı ifadə edirsiniz. Zəhmət olmazsa, diqqətlə nəzərdən keçirərdiniz.

  1. Şərtlərin Qəbul Edilməsi: Platformiuma daxil olmaq və istifadə etməklə siz bu Xidmət Şərtləri ilə razılaşırsınız. Bu şərtləri qəbul etmirsinizsə, xahiş edirik xidmətlərimizdən istifadə etməyəsiniz.
  2. Xidmətin Təsviri: Platformium bizneslərə müştəri əhval-ruhiyyəsini və fikirlərini anlamağa kömək etmək üçün nəzərdə tutulmuş sosial media dinləmə aləti təqdim edir. Xidmətlərimizə zamanla əlavə oluna və ya dəyişdirilə bilən müxtəlif funksiyalar və funksionallıqlar daxil edilə bilər.
  3. Uyğunluq: Xidmətlərimizdən istifadə etmək üçün ən azı 18 yaşınız olmalıdır. Platformiumdan istifadə etməklə siz bu uyğunluq tələbinə cavab verdiyinizi təsdiq edir və zəmanət verirsiniz.
  4. İstifadəçi Hesabları: Xidmətlərimizdən istifadə etmək üçün siz hesab yaratmalısınız. Düzgün və tamamlanmış məlumat verməyi və hesab məlumatlarınızı aktual tutmağı qəbul edirsiniz. Hesabınızın və şifrənizin gizli saxlamasına məsuliyyəti siz daşıyırsınız.
  5. Xidmətdən İstifadə: Siz bütün qüvvədə olan qanun və qaydalara uyğun olaraq Platformiumdan istifadə etməyə razılaşırsınız. Siz aşağıdakıları etməyəcəyinizə zəmanət verirsiniz:
    1. Xidmətlərimizdən hər-hansısa qeyri-qanuni və ya icazəsiz məqsədlər üçün istifadə etmək.
    2. Xidmətlərimizin bütövlüyünə və ya performansına müdaxilə etmək və ya pozmaq.
    3. Xidmətlərimizin hər-hansısa hissəsinə və ya onların əlaqəli sistemlərinə və ya şəbəkələrinə icazəsiz giriş əldə etməyə cəhd etmək.
  6. Məzmun: Platformium vasitəsilə endirdiyiniz, yayımladığınız və ya başqa bir formada paylaşdığınız məlumatın məsuliyyəti sizə məxsusdur. Bütün məlumatlarınızın mülkiyyəti sizdə qalır, bizə sadəcə bu məlumatları sizə xidmət etmək üçün istifadə etməyə icazə verirsiniz.
  7. Gizlilik: Platformiumun istifadə qaydaları Gizlilik Siyasətinə tabedir.
  8. Ödəniş: Platformiumdan istifadə ödənişli əsasladır. İstifadə etdiyiniz ilk ayın 14 günü xaric olmaqla, 15-ci gündən etibarən 30 gün sonra (bir ay tamam olmaqla) ödəniş tələb ediləcəkdir. Hər-hansısa səbəb göstərilmədiyi təqdirdə, ödənişlər geri qaytarılmır. Biz ödənişlərimizi istənilən vaxt dəyişmək hüququnu özümüzdə saxlayırıq və hər-hansısa ödəniş dəyişikliyi barədə sizi öncədən xəbərdar edəcəyimizi öhdəmizə götürürük.
  9. Xitam: Xidmət Şərtləri pozulduğu halda xəbərdarlıq etmək, pozulma halı davam etdikdə isə Platformiuma girişinizi dayandırmaq və yaya ləğv etmək hüququnu özümüzdə saxlayırıq.
  10. Tətbiq Olunan Qanun: Bu Xidmət Şərtləri yalnız Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir və onlara uyğun şərh edilir.
  11. Şərtlərə Dəyişikliklər: Biz bu Xidmət Şərtlərini müəyyən vaxtlarda yeniləyə bilərik. Yeni şərtləri veb səhifəmizdə dərc etməklə dəyişikliklər barədə sizi xəbərdar edəcəyik. Bu cür dəyişikliklərdən sonra Platformiumdan istifadəyə davam etməyiniz yeni Xidmət Şərtlərini qəbul etdiyiniz mənasına gələcəkdir.
  12. Bizimlə Əlaqə Saxlayın: Bu Xidmət Şərtləri ilə bağlı hər-hansısa sualınız varsa, bizimlə əlaqə saxlayın:
    1. Elektron poçt ünvanı: team@platformium.ai
    2. Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza

Başlamağa hazırsınız?
Elə indi müraciət edin!